Xəbər lenti

Ən çox milyarderi olan 10 ölkə (SİYAHI)
Ekonomiks 18:43 16.03.2018

Ən çox milyarderi olan 10 ölkə (SİYAHI)

Dünyada təxminən 36 milyon milyoner var.

Bu o deməkdir ki, əgər siz təsadüfən dünya əhalisindən bir kimsə ilə rastlaşsanız, rastlaşdığınız adamın milyoner olmaq şansı 200 nəfərdə 1-dir.

Lakin, milyarderləri belə asanlıqla görə bilmərsiniz. Forbes-ə istinadən, hazırda 2000 milyarder var və bu rəqəm də dünya əhalisinin 0.00003%-i deməkdir.

Milyarderlər harada yaşayırlar və hansı ölkələrdə daha çox milyarder var?

Ən çox milyarderi olan 10 ölkəni təqdim edirik: 

Ölkə

Milyarderlər

1

ABŞ

565

2

Çin

319

3

Almaniya

114

4

Hindistan

101

5

Rusiya

96

6

Honk Konq

67

7

Böyük Britaniya

54

8

Brazilya

43

9

İtaliya

42

10

Kanada

39


ABŞ 565 milyarderlə birinci pillədə yer alır.

İkinci pillədə milyarderlərin sayı durmadan artan Çindir. Bu ölkədə 319 milyarder yaşayır.

Milyarder Sıxlığı

ABŞ milyarderlərin sayına görə ilk pillədə olsa da, ölkə milyarderlərin sıxlığına görə 6-cı pillədədir.

ABŞ-da 571 858 insana 1 milyarder düşür, lakin ABŞ milyarder sıxlığı göstəricisinə görə, Honk Konq (110 000), İsveçrə (233 000), Sinqapur (267 000), İsveç (319 000) və İsrail (475 000) kimi ölkələrdən geridə qalır.

Ölkə

Bir milyarderə düşən insanların sayı

1

Honq Konq

109657

2

İsveçrə

232556

3

Sinqapur

267000

4

İsveç

319452

5

İsrail

474833

6

ABŞ

571858

7

Almaniya

725175

8

Avstraliya

731212

9

Tayvan

759677

10

Kanada

930513


Təxminən 7 milyon əhalisi olan Honk Konq şəhərində 67 milyarder yaşayır.

Müqayisə üçün qeyd edək, Çində də Honk Konq kimi milyarderlərin sıxlıq səviyyəsi eyni olsaydı, o zaman Çində 12 575 milyarder olardı və bu da dünya milyarderlərinin sayından 6 dəfə çoxdur!

Milyarderlərin sıxlıq səviyyəsinin aşağı olduğu ölkələr

Təxminən 2000 milyarder dünyanın müxtəlif ölkələrində yaşayırlar və hesablamalara görə, dünyanın 100-dən çox ölkəsində bir nəfər də olsun milyarder yoxdur. Məsələn, Haiti, Litva, Efiopiya, Belarus və Andorra kimi ölkələrdə milyonerlər olsa da, milyarder yoxdur.

Milyarderlər siyahısında qeyd edilən ölkələrdən Hindistan və İndoneziya milyarderlərin sıxlığına görə çox geridə qalır. Əgər siz ölkənin küçələri ilə gəzsəniz, milyarderlə qarşılaşmaq ehtimalınız 13 milyon nəfərdə 1-dir.(Moneta.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->