Xəbər lenti

Ən çox neft hasil edən ölkələr məlum oldu
Ekonomiks 23:00 17.09.2020

Ən çox neft hasil edən ölkələr məlum oldu

Bu ilin iyul ayında dünyanda ən çox neft hasil edən ölkələr məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Neft Statistikası üzrə Birgə Təşəbbüs" təşkilatının (JODI) məlumatında deyilir.

Qeyd olunub ki, iyulda dünyanın əsas neft hasilatçıları sırasında ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı yer alıb. Belə ki, iyul ayında ABŞ-da gündəlik neft hasilatı 11,035 mln. barel (əvvəlki aya nisbətən 5,7% çox), Rusiyada 8,778 mln. barel (-0,1%), Səudiyyə Ərəbistanda isə 8,479 mln. barel (+13,3%) təşkil edib.

Hesabat ayında Səudiyyə Ərəbistanının neft ixracı aylıq ifadədə 15% artaraq gündəlik 5,734 mln. barelə, ABŞ-ın ixracı 4,1% artaraq 2,867 mln. barelə çatıb. JODI Rusiyanın neft ixracı üzrə məlumat verməyib. İyun ayında Rusiya Federasiyası gündəlik 4,929 mln. barel, may ayında isə 4,556 mln. barel neft ixrac edib.

ABŞ-ın neftayırma zavodlarında emal iyul ayında əvvəlki aya nisbətən 5,1% artaraq gündəlik 14,438 mln. barel, Səudiyyə Ərəbistanında 13% artaraq 2,086 mln. barelə, Rusiyada isə 5,3% artaraq 5,38 mln. barel təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->