Xəbər lenti

Aİ XİN rəhbərləri Borrelin İsraillə dialoqu dayandırmaq təklifini rədd etdi
Dünya 17:17 19.11.2024

Aİ XİN rəhbərləri Borrelin İsraillə dialoqu dayandırmaq təklifini rədd etdi

Avropa İttifaqının xarici işlər nazirləri Avropa diplomatiyasının rəhbəri Cozep Borrellin Qəzzada mövcud vəziyyətə cavab olaraq İsraillə siyasi dialoqu dayandırmaq təklifini rədd ediblər.

Qaynarinfo bu barədə DPA-ya istinadən xəbər verir.

Xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bir neçə ölkə Borrelin təklifi ilə razılaşmaq istəmədiklərini açıq şəkildə bildiriblər.
Qərar yekdilliklə qəbul edilməli olduğundan hələlik icra oluna bilməz.

Agentliyin danışdığı diplomatların sözlərinə görə, görüşdə Borrelin təşəbbüsünü dəstəkləməyənlər arasında Almaniya, Avstriya, Çexiya, Macarıstan və Niderlandın xarici işlər nazirləri də var.

Eyni zamanda, Almaniyanın xarici işlər naziri Annalena Berbok fələstinlilərin mövcud olma hüququnu və ya beynəlxalq hüququ şübhə altına alan İsrail hökumətinin üzvlərinə qarşı məqsədyönlü hərəkətlərə hazır olduğunu bildirib.

Ötən həftə məlum olub ki, Borrel Qəzzada mövcud vəziyyətlə əlaqədar İsraillə siyasi dialoqu dayandırmağı təklif edir.

Avqust ayında isə Borrell 27 Aİ üzv ölkəsinə qalmaqallı bəyanatlarına görə İsrailin Maliyyə naziri Bezalel Smotriç və Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edilməsini təklif edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->