Sənət 13:10 10.04.2015

Ərdoğan azərbaycanlı aktrisanın filmini izlədi - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rol oynadığı “Son məktub” filmini izləyib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  prezident Çanaqqala Dəniz Zəfərinin 100-cü il dönümündə nümayiş olunmağa başlayan və Çanaqqala döyüşündən bəhs  edən filmi həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birgə seyr edib. 

Filmdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan filmi bəyəndiyini bildirib:

“Əcdadımızın həqiqətən Çanaqqalada necə döyüşdüklərini, ölkəmizi  müdafiə etdikləri və “Çanaqqala keçilməz” anlayışını bir imanın təzahürü olaraq necə ortaya qoyduqlarını həqiqətən ən gözəl filmlə canlandırılması bizləri də duygulandırdı. Filmi xüsusilə gənclərin seyr etməsində böyük fayda görürəm”. 

Qeyd edək ki, Çanaqqala müharibəsindən bəhs edən və 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martdan nümayiş olunur. 

Filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır. 

Qaynar.info