Xəbər lenti

Ərdoğan danladı, heykəlini götürdülər (FOTO)
Ölkə 23:16 13.09.2017

Ərdoğan danladı, heykəlini götürdülər (FOTO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul inqilaba cəhd hadisələri ilə bağlı Şanlıurfanın Harran qəsəbəsində ona heykəl qoyulmasını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bələdiyyə sədrləri ilə görüşündə bunun tarixi dəyərlərə zidd olduğunu söyləyib:

“Bunu eşidəndə çox pis oldum. Mən nə heykəlimin, nə də büstümün qoyulmasını istəmirəm. Bələdiyyələrimiz bundan sonra belə bir şey etməsinlər. Heykəl yerinə xalqa xidmətə dair əsərlər yaratsınlar”.

Qeyd edək ki, Ərdoğanın göstərişindən sonra heykəl götürülüb, yerinə isə “15 iyulu unutmadıq, unutdurmayacağıq” lövhəsi qoyulub.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->