"Gələn ildən "Texnofest"i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik".
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən "Texnofest-2021" aviasiya, kosmos və texnologiyalar festivalında bildirib.
Ərdoğan deyib ki, gələn ildən "Texnofest" beynəlxalq festival səviyyəsində təşkil olunacaq: "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın".
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsi də sözügedən festivalda nümayiş olunur.
Şərhlər