Xəbər lenti

Ərdoğan tapşırıq verdi: çətənə istehsalı artırılsın
Dünya 11:50 12.01.2019

Ərdoğan tapşırıq verdi: çətənə istehsalı artırılsın

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çətənə istehsalının artırılması ilə bağlı tapşırıq verib.

Qaynarinfo sözcü-yə istinadən xəbər verir ki, xüsusi icazə əsasında Türkiyənin 18 regionunda becərilən çətənə istehsalı bu il daha da artırılacaq. Belə ki, regionların sayı da 19-a çatdırılıb. Çətənə becərilməsi baha başa gəldiyindən fermerlərə dəstək göstərilməsi və bu sahənin təşfiqi üçün xüsusi dövlət proqramı hazırlanıb.

Qeyd edək ki, dünya əhalisinin sayının artması və bir çox ölkələrdə istifadəsinin leqallaşdırılması çətənə bazarının genişlənməsinə səbəb olur. Həmçinin məhsuldan keyfiyyətli lif, kağız, toxumundan dərman, yağ və quş yemi və s. hazırlanır.

"Grand View Research"ün hesabatına görə, 2017-ci ildə 4 milyard dollarlıq bazar 2025-ci ildə böyüyərək 11 milyard dollara çatacaq. Dünyanın ən böyük çətənə istehsalçıları ABŞ, KAnada, Çin, Hindistan, Yaponiya, Braziliya, Almaniya, Fransa və İngiltərədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->