Baş nazir Rəcəb Tayyib Ərdoğan “Millətə xidmət yolunda” adlı çıxışında aprel ayının türk milləti üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Milli birlik və bərabərliyin əhəmiyyətini qeyd edən Ərdoğan “Bu ölkədə hamımız eyni əzabları yaşadıq” deyib: “Hamımızın əzabları, yaraları eyniydi. Bizə əzab verən, bizim ürəyimizdə yaralar açan zehniyyət də eyniydi. Biz – 76 milyon böyük bir millətin fərdləriyik”.
Ərdoğan artıq Türkiyəyə əzab verən, milləti, ölkəni bədbinliyə, ümidsizliyə sürükləyən terrorun artıq bitmə nöqtəsinə gəldiyini söyləyib. Baş nazir bunun bir alver prosesi olmadığını deyib: “İçindən keçdiyimiz mərhələ bir qalibiyyət-məğlubiyyət mərhələsi deyil. Bu proseslə birlikdə cümhuriyyətimiz daha da güclənəcək”.
Qaynar.info
Şərhlər