Xəbər lenti

Ərdoğan Türkiyədə edam cəzasının bərpa edilməsini istəyir
Dünya 16:40 19.03.2019

Ərdoğan Türkiyədə edam cəzasının bərpa edilməsini istəyir

Türkiyədə edam cəzası bərpa edilə bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu məsələ Yeni Zellandiyada törədilmiş terrorla bağlı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toxunub.

O, ölüm cəzasının terrorçulara tətbiq olunmağının leyhinə çıxış edərək, bütün ölkələri tövsiyələrini dinləməyə çağırıb və bu məsələni Yeni Zellandiya rəsmiləri ilə də müzakirə edəcəyini deyib.

"Yeni Zellandiya hökuməti bunu etməzsə, biz edəcəyik. Bir terrorçu ən ağır şəkildə cəzalandırılmalıdır", - deyə Ərdoğan bildirib.

Həmçinin Türkiyədə 251 nəfərin ölümünə səbəb olan çevrilişə cəhd hadisələrini xatırladaraq, Türkiyədə edam hökmünün qanunvericilikdən çıxarılmasının yanlış olduğunu diqqətə çatdırıb: "Həyatlarını dəmir barmaqlıqlar arasında keçirsələr də, qidalanmalarından narahat oluram. Bu mənada məclis sözügedən təklifi versə, təsdiqləyəcəyəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->