Dünən Fransanın paytaxtı Parisdə təşkil olunan mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşün detalları açıqlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, prezidentlər görüş zamanı İstanbuldakı Səudiyyə Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayətinə necə reaksiya veriləcəyini müzakirə ediblər.
Şərhlər