Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.
"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin yaxın dostu və sinif yoldaşı Nəbi Güdük 66 yaşında vəfat edib. Məlumata görə, o, ilik xərçəngi səbəbindən dünyasını dəyişib.
Kocaeli şəhərində baş tutan yas mərasiminə prezident də qatılıb. Mərasimdə həmçinin prezidentin köməkçisi Fikri İşıq, Kocaeli şəhərinin bələdiyyə sədri, şəhər meri, millət vəkilləri də iştirak ediblər.
Qaynarinfo.Az
Şərhlər