Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Nazirlər Kabinetinin iclası keçirilib.
"Qafqazinfo” xəbər verir ki, kabinetin iclasından sonra R.T.Ərdoğan Azərbaycana səfərindən söz açıb:
"Səhərə yaxın Bakıya çatdıq. Bir neçə saat sonra da Azərbaycan Prezidenti qardaşım Əliyevlə birlikdə işğaldan azad edilən Şuşa şəhərinə hərəkət etdik.
Həm Brüsseldən birlikdə gəldiyimiz, həm də birbaşa Azərbaycana gələn heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşayta gedərkən işğal və müharibə dönəminin dağıntılarını, acılarını, nəticələrini şəxsən görmə imkanı tapdım.
Təxminən 30 il sürən işğal dönəmində Qarabağa və qəsb edilən Azərbaycan torpaqlarına bir mismar da çalınmaması ilə yanaşı, var olan mirasın da vəhşicəsinə məhv edildiyini gördük.
Hər tərəfin necə dağıdıldığını, yandırıldığını gördük. Bütün bunlarla yanaşı, dünyaya, birinci dərəcədə isə Qərbə deyirəm: "Gəlin, lütfən, Qarabağı görün”. Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim nələri 30 ildə nə hala gətirib, bunu görün”.
Şərhlər