Dünya 13:34 12.03.2013

Ərdoğanın səhhəti pisləşdi

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın səhhəti qəfildən pisləşib. 

ANS PRESS-in verdiyi məlumata görə, hökumət başçısının bü günə təyin olunan bütün görüşləri təxirə salınıb. 

Türkiyə Baş Nazirliyinin verdiyi açıqlamaya görə, hətta qarşıdakı planlaşdırılan bır sıra planların da təxirə salınması gözlənilir. 

Qeyd edək ki, bu gün R. T. Ərdoğan Türkiyə parlamentində AK partiyası ilə qrup iclası keçirəcəkdi. Türkiyə mətbuatı baş nazirin planlarını qəfil təxirə salmasını soyuqdəymə ilə əlaqədar olduğunu yazır. Məlumata görə, bu səbəbdən R.T.Ərdoğan evində dincəlmək qərarına gəlib.

Qaynar.info