"Rəsmi Vaşinqton ABŞ Prezidenti Cozef Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün Şotlandiyanın Qlazqo şəhərində keçirilməsini təklif edib".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Görüş təklifi ABŞ tərəfindən gəlib. Dövlət başçılarının ya G-28-in toplantısında, ya da Qlazqoda keçiriləcək iqlim sammiti çərçivəsində görüşməsini istədiklərini dedilər. Çox güman, prezidentlərin görüşü Qlazqoda baş tutacaq. Əvvəlcə çıxış sırası məsələsi bəlli olacaq. Həmkarlarımız görüşün tarixi və saatının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər", - XİN başçısı əlavə edib.
Şərhlər