Dünya 13:41 11.08.2019

Ərəb dünyasında ilk dəfə: Homeseksual prezidentliyə namizəd oldu

Tunisdə keçiriləcək Prezident seçkiləri ərəb dünyasının tarixinə düşəcək.

Qaynarinfo xəbər verir ki, seçkidə ilk dəfə homeseksual namizəd iştirak edəcək. Bu, Liberal Partiyasının dəstəklədiyi hüquqşunas Münir Baturdur. O, ərəb dünyasında ilk homeseksual prezidentliyə namizəd olacaq.

Münir Batur namizədliyini açıqladıqdan sonra ölüm təhdidləri almağa başlayıb. O, bu barədə "Euronews" açıqlamasında bildirib. Prezidentliyə namizəd LGBT üzvlərinə "xəstə" deyənlərə müraciət edib: "Əgər xəstəlik dediyiniz homeseksuallığa bir dərmanınız varsa, onu bizə verin, Tunis tibb üzrə Nobel mükafatını qazansın".

Qeyd edək ki, namizədlərin qeydiyyatı avqustun 31-də baş tutacaq. Seçki 15 sentyabrda keçiriləcək. Artıq 98 nəfər namizədliyini irəli sürüb.