Əri qaydanı pozdu, Fatimə də videoya çəkdi (VİDEO)

Əri qaydanı pozdu, Fatimə də videoya çəkdi (VİDEO)

Rəqqasə Fatimə Fətəliyeva şəxsi İnstaqram hesabının "story" bölməsində paylaşdığı video ilə diqqət mərkəzinə düşüb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən videoda rəqqasənin oğlu Hüseynin sükan arxasındakı atasının qucağında əyləşdiyi görünür.

Bu isə yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də 7 yaşlı Hüseynin həyatının təhlükəyə atılması deməkdir. 

Qeyd edək ki, Yol hərəkəti haqda qanun 12 yaşadək uşaqların avtomobilin ön hissəsində, yalnız sürücünün sağ tərəfində xüsusi oturacaq olduğu halda daşınmasına icazə verir. Əks təqdirdə sürücü İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndinə əsasən, 3 balla cəzalandırılır və 60 manat məbləğində cərimə olunur.
XƏBƏRLƏR
BLOGLAR