"Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram”.
Qaynarinfo xəbər verir ki, bunu bunu Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü Erkin Qədirli deyib. O, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmədiyini bildirib:
"Yazırlar ki, güya mən seçki dönəmində Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmüşəm, səçilmə şərtlərimi onunla danışmışam. Mən Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram: Administrasiyanın rəhbəri Samir Nuriyevi (məktəb illərindən, bizim məktəbi bitirib), Administrasiyanın şöbə müdirlərini - Şahin Əliyevi (müəllimim olub), Fuad Ələsgərovu (onunla çoxdan və yaxşı tanışam, axırıncı dəfə 10 il bundan öncə görüşmüşəm), Gündüz Kərimovu və Səadət Yusifovanı (tələbəliklərindən tanıyıram), Hikmət Hacıyevi (tələbəm olub), Prezident köməkçisi Anar Ələkbərovu da tanıyıram. Heç birisilə son illərdə nə görüşmüşəm, nə də danışmışam. Zeynal Nağdəliyevlə isə ümumiyyətlə tanış deyiləm.
İndi bu cəbhəçilər götürüb şəxsi tanışlığım olmayan Zeynal Nağdəliyevlə görüşdüyümü, onunla anlaşdığımı yazırlar. Yazdıqlarının yalan olduğu bir yana, hələ məndən izahat da istəyirlər. Nə isə, deyiləsi deyil”.
Erkin Qədirli Azər Qasımlıya da mesaj ünvanlayıb:
"Azər Qasımlının dediklərinə gəlincə, öyrətmək olmasın, sirrin üstü açılanda qınanılası olan sirri saxlayan deyil, onu açan olmalıdır. Sirri saxlayanı yalnız sirri qoruya bilmədiyinə görə qınamaq olar. Elə bir qınaq varsa, onu qəbul etməyə hazıram. Bu söhbətdə başqa heç bir qınağı qəbul edəsi deyiləm”.
Bahar Rüstəmli
Şərhlər