Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistan vətəndaşı xəsarət alıb.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə 19 yanvarda, saat 15 radələrində baş verib. Nəticədə Tavuş vilayətinin Barekamavan kənd sakini Arman Mikaelyanın yaralandığı bildirilir.
Yaralı Noyemberyan hospitalına yerləşdirilib. Mina onun ayağını qoparıb. Minaya düşən ermənini ərazidəki hərbi bölmələr saat 18 radələrində çıxara bilib.
Qeyd edək ki, son vaxtlar dövlət sərhədi istiqamətindən təxribatların sayı artıb. Bir sıra hallarda erməni təxribatçılar "mülki əhali” adı altında sərhədimizi keçməyə cəhd göstərib, hətta onların ələ keçirilənləri də var.
Şərhlər