Xəbər lenti

Erməni ekspert: Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur
Siyasət 23:10 20.09.2018

Erməni ekspert: Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur

Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini "dondurulmuş” hesab etmək olar:

"Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->