Fərəcov Firuza ailə məlumatları çatdırılıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə mayın 16-da olub. Əsirə ailə məlumatları çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Qaynar.info
Şərhlər