2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.
Bu barədə Qaynarinfo-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.
Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.
***15.40
2017-ci ilin fevral ayının 1-də cəbhənin Qazax istiqamətində əsir düşən Azərbaycan Respublikası vətəndaşı Elnur Elman oğlu Hüseynzadə ötən gün azadlığa buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib.
Qeyd edək ki, tanınmayan "Dağlıq Qarabağ Respublikasında” keçirilən məhkəmə prosesi zamanı Elnur Hüseynzadə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun indi harda olması barədə dəqiq məlumat yoxdur.
Şərhlər