Azərbaycanlı tarixçi Elmar Həsənli "Facebook"da erməni terrorizmini ifşa edən foto paylaşıb.
Qaynarinfo xəbər verir ki, fotoda erməni katolikosu I Vazgenin Kaliforniyada terrorçu Misak Torlakiyanı ölüm ayağında ziyarət etməsi təsvir olunub.
Elmar Həsənli bildirib: "Bu həmin Misak Torlakiyandır ki, Nemezis erməni terror təşkilatının üzvü olub . O, 1921-ci ildə Difai partiyasının üzvü, Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşiri İstanbulda Pera-Palas otelinin qarşısında güllələyir. Həbs olunur və terrorçunu erməni diasporası həbsdən Kaliforniyaya qaçırdır. Katolikos boş-boşuna ziyarətə gəlməyib".
Şərhlər