Xəbər lenti

İdman 16:50 13.04.2019

Erməni məşqçi: "Ayaz, axmaq olma!"

"Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan Moskva "Spartak"ının futbolçusu Ayaz Quliyevdən danışıb.

Qaynarinfo xəbər verir ki, erməni mütəxəssis Mahaçqala klubunda rəhbərliyi altında oynamış azərbaycanlı futbolçunun Moskvada amerikalı turistin burnunu sındırmasına münasibət bildirib:

"Ayaz unikal futbolçu, əsl şeytandı. Rusiyada heç kim meydanın kiçik hissəsində topla onun kimi davrana bilmir. Quliyev cəld, sürətli və son dərəcə emosionaldı. Hərdən məşqdə oyunu yaxşı alınmayanda topu qüvvətli zərbə ilə auta vururdu. Amma səhv olduğunu başa düşəndə emosiyalarını tez cilovlayırdı. Çox futbolçu ilə işləmişəm. Mənə görə, Ayaz təmiz qəlbli, özündən böyüklərə qarşı son dərəcə diqqətli olan yaxşı insandı. Özündən razılığı və ulduz xəstəliyi yoxdu, amma çox dindardı. Son hadisə də onun emosionallığının nəticəsidi. Ona səbrli olmağı məsləhət görərdim. Əgər hisslərini idarə etməyi bacarsa, yüksək səviyyəli futbolçu olacaq. Şəxsən ona demək istərdim ki, "Ayaz, axmaq olma, kişi üçün ən vacibi öz istedadını göstərməkdi. O, gələcəkdə Avropa səviyyəli dayaq yarımmüdafiəçisi ola bilər".

Qeyd edək ki, aprelin 10-da baş verən insidentə görə Moskva "Spartak”ı Ayazı cəzalandırıb. Əvəzedici komandaya göndərilən yarımmüdafiəçi 5 milyon rubl (təqribən 77 min dollar) məbləğində cərimələnib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->