Xəbər lenti

Azərbaycan Müdafiə Nazirliyi: Erməni ordusu 5 hərbçi itirib
Ölkə 13:31 17.09.2018

Azərbaycan Müdafiə Nazirliyi: Erməni ordusu 5 hərbçi itirib

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Qaynarinfo verir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bu, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır". 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->