Xəbər lenti

Dünya 11:02 08.07.2022

Erməni şərqşünas Şamxaninin səfəri haqda: “İrana regionda güclü Ermənistan lazımdır”

44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət İranı narahat etməkdə davam edir və Tehranın istənilən iqtisadi, hərbi və ya siyasi fəaliyyəti, o cümlədən yüksək rütbəli rəsmilərin səfərləri bu aspektdən nəzərdən keçirilməlidir.

Qaynarinfo xəbər verir ki, bu fikirlər Sputnik Ermənistan-ın Şamxaninin İran səfərindən bəhs edən təhlil yazısında yer alıb. Sputnik-in bu fikirlərinə oxşar fikri şərqşünas alim, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Sputnik Ermənistan-a müsahibəsində deyib.
 
O, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvana səfərini belə şərh edib.

O hesab edir ki, regionda yeni çağırışlar yaranıb və onlarla təkcə Ermənistan deyil, həm də dost ölkələr, o cümlədən İran və Rusiya da üzləşib. Bu ölkələr təhlükəsizliklə bağlı məsələləri həll etməyə, Ermənistan tərəfinin bu məsələlərdə mövqeyini başa düşməyə və lazım gələrsə, birgə planlar hazırlamağa çalışır.
Voskanyanın nöqteyi-nəzərindən "Ermənistanın regionda mövqelərinin güclənməsi İranın geosiyasi maraqlarına uyğundur və deyilənlər Türkiyə-Azərbaycanın Zəngəzur bölgəsinə müdaxilələri fonunda xüsusilə aktualdır. İran istər hərbi işğal nəticəsində, istərsə də müxtəlif "dəhlizlərin”, o cümlədən Zəngəzur dəhlizinin açılması nəticəsində Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyin qəti əleyhinədir”.

Eyni zamanda, Tehran Azərbaycanın güclənməsində maraqlı deyil və İslam Respublikası regionda müəyyən güc balansını saxlamaq üçün əlindən gələni edəcək. Bu baxımdan İranın yüksək rütbəli rəsmisinin İrəvandakı danışıqları ilk növbədə təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, mövcud təhlükələrin neytrallaşdırılması yollarının tapılmasına yönəlib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi erməni həmkarı Armen Qriqoryanla görüşündə regionda kommunikasiyaların açılması kontekstində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmağın zəruri olduğunu bildirib. Bununla da o, Ermənistanın Zəngəzur rayonundan keçən ekstraterritorial dəhlizin əleyhinə faktiki olaraq İranın mövqeyini bir daha nümayiş etdirib.

Bununla belə, Voskanyan qeyd edir ki, İranın daha effektiv olması üçün İrəvandan kifayət qədər aydın mesajlar eşidilməlidir. Ermənistanın aydın mövqeyi İran üçün geniş manevr meydanı açacaq. Xüsusən də Ermənistan hökuməti beynəlxalq platformalarda proseslərə başlamalıdır ki, son məqsədi Azərbaycan birləşmələrinin Ermənistanın "suveren ərazisindən” çıxarılması olsun. Şərqşünas əmindir ki, belə bir senaridə Ermənistan dost dövlətlərin, o cümlədən İranın dəstəyinə arxalana bilər. Bu baxımdan Ermənistanın hazırkı rəhbərliyinin danışdığı qoşunların qarşılıqlı çıxarılması ilə bağlı bəyanatlar son dərəcə əks-məhsuldardır və tərəfdaşlar üçün anlaşılmazdır.

Voskanyan həmçinin əmindir ki, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması son dərəcə vacibdir və bu, başlanqıcını İranın Çabahar limanından götürən plana əsasən Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin əsas elementinə çevriləcək. Voskanyanın fikrincə, İrəvan indi bütün siyasi və diplomatik resurslarını bu ideyanın həyata keçirilməsinə yönəltməlidir.

Hazırda Rusiya ilə İran arasında ticarətin cüzi hissəsi Azərbaycan və Xəzər dənizi vasitəsilə həyata keçirilir, İran isə Türkiyə vasitəsilə Avropaya daxil olur. Bu baxımdan Ermənistandan keçən marşrut İrana Ankara və Bakıdan tranzit asılılığını xeyli zəiflətməyə imkan verəcək.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->