Ermənilər bir-birini partladır: “Caliber” Ağdərədəki qanlı çəkişmələr barədə (VİDEO)
Erməni təslimçiləri Azərbaycan ərazisindəki "ordu” imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.
Bu barədə "Caliber”in yeni süjetində məlumat verilir.
Süjetdə bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.
Videomaterialın müəllifləri deyilənləri konkret faktlarla sübut edir və bütün bunların Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə baş verdiyini qeyd edirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər