Ermənilər cəbhədən reportaj hazırlayan jurnalisti təhdid etdi

Ermənilər cəbhədən reportaj hazırlayan jurnalisti təhdid etdi

Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Azərbaycan Ordusunun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə hərəkətə keçib.

Qaynarinfo Axar.az-a isinadən xəbər verir ki, ermənilər reportajın müəllifi, kanalın jurnalisti Liseron Budulu kütləvi şəkildə təhqir etməyə və ona təhdidlər yağdırmağa başlayıblar.

Bununla yanaşı Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri Papazyan Azərbaycanın haqq işi ilə bağlı reportaj təqdim edən televiziyaya qarşı kütləvi etirazlara çağırışlar edib. Hətta kanalın boykot edilməsi barədə təkliflər irəli sürülüb. Ermənilərin kütləvi təhdidindən sonra TF1 reportajın linkini televiziyanın saytından çıxarmağa məcbur olub. Bununla belə kanala qarşı etirazlar hələ də davam edir.

Hətta TF1 kanalının rəhbər şəxslərindən bəzilərinin ermənilər tərəfindən başlarının kəsilməsi təhdidi ilə üzləşdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Fransanın TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsində olub. O, cəbhə bölgəsindən hazırladığı reportajda Azərbaycanın haqq savaşını nümayiş etdirib.

Jurnalist təqdim etdiyi ekran əsərində Azərbaycanın güclü ordusunun olduğunu vurğulayıb. Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Materialda mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin bir neçə dəfə bombalanmasından danışaraq, dağılmış evləri göstərib.

Həmçinin erməni bombardmanı nəticəsində aralarında uşaq və qadın da olmaqla neçə-neçə günahsız insanın həlak olduğu və yaralandığını diqqətə çatdırıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR