Ötən gecə Azərbaycan ordusunun dəqiq zəbələri nəticəsində cəbhənin Tərtər istiqamətində düşmənə ağır zərbə vurulub.
Qaynarinfo.az baku.ws-ə istinadən xəbər verir ki, düşmənin bir neçə istehkamı dağıdılıb, canlı qüvvələri arasında itkilər var. Erməni sosial şəbəkələrində yazılanlardan məlum olur ki, əhali arasında qorxu və vahimə hökm sürür.
Təmas xəttindən 30-40 km uzaqlıqda belə bütün ermənilər köçüblər. Ağdərə, Martuni və digər yaşayış məntəqələrində heç kim qalmayıb. Hazırda Xankəndidə olan bütün otellər dolub. Bu gün erməni əsgər analarının yenidən aksiya keçirəcəyi planlaşdırılıb.
Erməni əsgərlərdən birinin sosial şəbəkədə yazdığına görə isə doyüşdən qaçmağa cəhd göstərən erməni əsgərlərinin bir neçəsi güllələnib, qalanları isə həbs olunub.
Qaynarinfo.az
Şərhlər