Ermənilər onları rüsvay edən erməni tarixçini

Ermənilər onları rüsvay edən erməni tarixçini "topa tutdu"

"Mənə yazırlar: "Filip, sən əclaf və satqınsan. Partlayışlar zamanı Stepanakertin evlərindən birinin pəncərəsində 10-11 yaşlı qızların olduğu video isə saxta deyil, əsl həqiqətdir!"

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynada yaşayan erməni tarixçi Filip Ekozyants öz Feysbuk hesabında paylaşdığı statusda ona olan hücumlardan bəhs edərkən qeyd edib. O, bundan əvvəlki postunda ermənilərin Xankəndindən paylaşdığı videodakı yalanları üzə çıxramış, çəkilişin qurama olduğunu, əslində Azərbaycanın Xankəndini bombardman etmədiyini bildirmişdi.

Tarixçi daha sonra qeyd edib:

"Cavab verirəm. Allah sizə can sağlığı versin! Doğru olduğuna, bu videonun səhnələşdirilmədiyinə, çəkiliş qrupunun təsadüfən lazımi anda lazımlı yerdə olduğu təsbitinə inanırsınızsa və qız "şəhərdə düşmən mərmiləri uçduğu" anda "videokamerada" sırf təsadüfən dua edirsə (özünü bir növ gizlədir, heç kimə məlum olmayan şəkildə ezoterik xaç çəkir) ... O zaman sizə üç sualım var.

1. Uşaqlar "bombardman" zamanı açıq bir pəncərənin ağzında nə edirlər?

2. Yuxarıdan "mərmilər yağdığı" vaxt uşaqları lentə alan insanlara nə ad vermək olar?

3. Niyə bu iki gözəl qız (Tanrı onlara uzun ömür versin!) əgər şəhər "dayanmadan bombardman" edildiyi halda siz nə üçün hələ də Stepanakertdəsiniz? 
Yoxsa İrəvana aparan yol dəhşətli və məkrli yadplanetlilər tərəfindən işğal olunub?

Hə, bir də şəxsi bir sual: Heç utanırsınız?.."
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR