Ermənilər Qazax istiqamətində təxribat törətdi (FOTO)

Ermənilər Qazax istiqamətində təxribat törətdi (FOTO)

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatoru düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

XƏBƏRLƏR
BLOGLAR