Ermənistanın cənubundakı Sünik (Zəngəzur) vilayətinin Mehri rayonunda mina partlayıb.
Qaynarinfo "Sputnik Armeniya”ya xəbər verir ki, hadisə nəticəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin kapitanı Artyom Şahnazaryan və baş yanğınsöndürən, gizir Aram Navasardyan xəsarət alıb.
Bildirilib ki, partlayış Qarabağdakı döyüşlər nəticəsində ölmüş hərbçinin meyitinin axtarışı zamanı baş verib.
Yaralılar Qafandakı hospitala yerləşdirilib.
Şərhlər