Xəbər lenti

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
Ölkə 15:27 19.10.2020

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 846-dir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->