Erməniləşdirilmiş Azərbaycan adlarının müəyyənləşdirilməsinə başlanıldı

Erməniləşdirilmiş Azərbaycan adlarının müəyyənləşdirilməsinə başlanıldı

"Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə 4 yaşayış məntəqəsinin tarixi adını bərpa etdi. Bu gün Qarabağ ərazisində yüzlərlə toponimin adı erməniləşdirilib. Erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün artıq AMEA-nın müvafiq institutları bu istiqamətdə işlər aparırlar".

AMEA-dan APA-ya verilən məlumata əsaəsn, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli bildirib ki, Qarabağda nəinki kəndlər, dağlar, çayların, hətta qışlaqların adları belə ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirilib. Onun sözlərinə görə, həmin adlar tarixi sənədlərə və mənbələrə istinad edilərək bərpa ediləcək.

"Dilçilik İnstitutunda da toponimlərin tədqiqi, 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır. Adların bərpa edilməsi tarixi mənbələr əsasında həyata keçiriləcək".

Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya elmləri doktoru Zakir Eminov isə vurğulayıb ki, qədim xəritələrimizdə siyahıyaalınma zamanı Qarabağ ərazisindəki toponimlər və əhalinin milli tərkibi göstərilib. Onun sözlərinə görə, sözügedən xəritələrdə erməni toponimlərinin adı yoxdur.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR