Xəbər lenti

Siyasət 11:38 02.08.2014

“Ermənistan 30-40 əsgər itiribmi?” - Əli Kərimli

AXCP sədri Əli Kərimli cəbhədə baş verənlərə reaksiya verib.

"Qafqazinfo" xəbər verir ki, Ə. Kərimli bu barədə Facebookda status yazıb:

"11 əsgərimiz şəhid oldu. Allah onlara rəhmət eləsin, ailələrinə səbr versin.

Təəssüf ki, son vaxtlar cəbhədə atəşkəsin pozulması halları artıb. Erməni tərəfin bu həyasız hücumunun arxasında bütövlükdə regionu təsiri altına salmaq istəyən dövlətin kölgəsi çox aydın görünür. Əks halda haradandır Ermənistanda bu cəsarət? Məni 2 sual hazırda çox düşündürür. 

1. Ermənistanın sərhədlərimizi bu şəkildə pozması, ərazilərimizə hərbi müdaxiləsi niyə hökumət tərəfindən beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılmır? Niyə atəşkəsi pozan tərəfə - Ermənistana qarşı beynəlxaq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Bəlkə bu yolla ictimaiyyəti atəşkəsin daimi pozulmasına, hərbi əməliyyatların ciddi şəkildə bərpa olunmasına hazırlayırlar?

2. Hərbidən az-çox təsəvvürü olan adamlar bilir ki, illər ərzində möhkəmlənmiş müdafiə mövqeyinə hücum edib, 11 nəfəri öldürə bilmək üçün düşmən ciddi qüvvə ilə hərəkətə keçməli və müdafiədə olanlardan azı 3-4 dəfə artıq itki verməli idi. Əlbəttə, əgər bizim müdafiənin təşkilində ciddi səhvlərimiz olmayıbsa. Ermənistan bu əməliyyatlarda 30-40 nəfər əsgər itiribmi? Ermənistan ordusu 30 nəfərin ətrafında itki versəydi, matəm elan edərdilər. Orada matəm elan olunubmu? 

Hökumət xalqa izahat verməlidir".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->