Dünya 19:01 21.01.2022

Ermənistan alimlərin “Artsax”da tədqiqat aparmaqla bağlı müraciətini rədd etdi

Elə bu gün öyrəndim ki, Ermənistan hökuməti Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun təqdim etdiyi "Eramızdan əvvəl  XIII-IV əsrlərdə Arsax mədəniyyəti erməni-alban münasibətləri kontekstində" tərtibatı "həyata keçirilən dövlət əhəmiyyətli elmi və elmi-texniki  proqramlar" siyahısına daxil etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Artsax”ın "Tiqranakert”ində qazıntılar aparan ekspedisiyanın rəhbəri, YDU-nun mədəniyyətşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Hamlet Petrosyan öz Facebook səhifəsində yazıb.

O, bu xüsusdə qeyd edib: 

"İnstituta müraciətin rədd edilməsi ilə bağlı hökumətdən heç bir məlumat daxil olmayıb. İşimizin əhəmiyyətini qiymətləndirənləri əmin etmək istəyirəm ki, Artsax irsinin tədqiqi, qorunması və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi üzrə öhdəliklərimizi davam etdirəcəyik, söz verdiyimiz kimi, illərdir, xüsusən də 44 günlük müharibədən sonra icra etdiyimiz kimi. Buna əmin olmaq üçün https://monumentwatch.org/ akademik platformasına daxil olmaqla könüllülər qrupunun gördüyü işlərlə tanış olun”.

Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?