Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur.
Modern.az-ın məlumatına görə, bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.
O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır:
"Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacının olduğu faktdır".
Şərhlər