Xəbər lenti

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşdü
Ölkə16:21 08.06.2024

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır.

Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.

Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.