Xəbər lenti

Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü
Ölkə 20:54 07.06.2024

Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.


Qaynarinfo xəbər verir ki, bu barədə Ə.Ərdoğan "X” hesabında paylaşım edib.


"Heydər Əliyev Fondunun işləri və Bakıda keçiriləcək İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransına (COP29) hazırlıqla bağlı məlumat aldım. Sammitlə bağlı əməkdaşlıq sahələrimizi dəyərləndirdik. 


Bir daha Azərbaycanın iqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən bu mühüm zirvə toplantısına ev sahibliyi edəcəyinə görə xoşbəxt olduğumuzu bildirdim. Türkiyə olaraq hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq” -  deyə paylaşımda qeyd olunur.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->