Dünya 18:44 27.01.2022

Ermənistan əhalisi qazın qiymətində belə aldadılır (ŞƏRH)

İrəvan və Moskva arasında əldə olunan razılaşmalara əsasən, yaxın 10 ildə Ermənistana verilən qazın tarifinin dəyişməyəcəyi bəyan edilmişdi. Yəni, 1000 kub qaz üçün 165 dollar qiyməti sabit qalacaq. Əvəzində isə Ermənistan hökuməti əvvəllər yerinə yetirilməmiş öhdəliklərə görə "Qazprom”un "Hrazdan-5” şirkətinə 10 il ərzində ildə təxminən 32 milyon dollar ödəməli olacaq.

Erməni xalqı düşünürdü ki, bu yaxın illər üçün idxal olunan qazın qiymət sabitliyi problemini həll edəcək. Amma məlum olur ki, belə deyil və hökumət bütün bunların içində mümkün bir detalı gizlədib. Söhbət qazın kalorisindən (keyfiyyətindən) asılı olaraq qiymətinin dəyişməsindən gedir. Belə ki, 165 dollarlıq qazın idxal qiyməti yalnız 7900 kaloriyə qədər olan qaza aiddir. Bu arada isə Ermənistanın daha yüksək kalorili qaz aldığı məlum olur və hal-hazırda isə həmin qaz 8300 kkal-a çatır. Nəticədə Ermənistan höküməti daha çox kalori üçün əlavə ödəniş etməli olacaq.

Ermənistan hakimiyyəti daxildə belə bir fikir yaradıb ki, xaricdən gətirilən qazın qiyməti qalxmır, əslində isə indiyə qədər nəzərə alınmayan kalorilər hesabına yüksəlir. İndi kalorilərdən asılı olaraq 165 dolların sabit qiyməti 7900 kilokaloriyə qədər qaza aiddir.

Bu dəyişikliyin aprel ayından tətbiqi planlaşdırılır. Onun təxmini dəyəri 8 dollar və ya qazın idxal qiymətinə görə təxminən 5% olacaq. 7900 kalorilik qazın sabit qiyməti 165 dollardırsa, 8300 kalori 173 dollar civarında olacaq. İstehlakçılar həmin məbləği daxili tarifləri qaldıraraq ödəməli olacaqlar.
Ermənistan mediası isə indidən kalori baxımından qazın istehlakçılar üçün tariflərinə yenidən baxılaraq artırılacağı gözləntiləri ilə bağlı məqalələr dərc etməkdə davam edir.

Belə ki, erməni iqtisadçı ekspertlər sərhəddə qazın qiymətinin saxlanılacağını, amma içəridə qazın qiymətinin yenə də qalxacağını və bunun da öz növbəsində hökumətin növbəti hiyləsi olduğunu və bu hiylədən daha çox istehlakçının zərər görəcəyini bildirirlər. Həqiqətən də sərhəddə qazın bahalaşmamasının istehlakçı üçün nə fərqi var, bütün bunlar yenə də daxili tarifin artmasına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq, "Qazprom Ermənistan”ın yaxın vaxtlarda tariflərin artırılması ilə bağlı Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına ərizə təqdim edəcəyi gözlənilir. Bu, yaxın günlərdə və ya ən geci fevralda ola bilər, çünki bu ilin aprel ayının 1-dən kalori hesablanması başlayacaq.
Məlum olduğu kimi, tarif tətbiqini öyrənmək üçün Komissiyaya 3-3,5 ay vaxt verilib. Amma yeni tarifləri aprelin 1-dən tətbiq etməyi planlaşdırırlarsa, fevralın sonunadək Komissiya tərəfindən təsdiqlənməlidir.

Yeni tariflərin ilin ikinci yarısında qüvvəyə minməsi də ola bilər. Xüsusilə qaz təchizatı sahəsində tarif ili o vaxtdan başlayır. İstənilən halda, tariflərə təsir edən bütün mövcud amilləri nəzərə alsaq, bu, həm əhalinin sosial cəhətdən həssas təbəqələr, həm də iqtisadiyyata kifayət qədər təsir edəcək. 
Ötənilki ümumi bahalaşmadan sonra qaz tarifinin artırılması sosial vəziyyətə növbəti əlavə təzyiq olacaq. Artıq məlumdur ki, dövlət xidmətlərinin digər sahələrində tariflərin artırılmasına daha tez başlanılacaq. Yanvarın 1-dən içməli su 11% bahalaşıb. Fevralın 1-dən elektrik enerjisinin tarifi yenidən 11% artacaq. Tezliklə onlara qazın tarifinin artırılması da əlavə olunacaq.

Ermənistanda bu il kommunal xidmətlərin, xüsusən də qazın bahalaşması iqtisadiyyatın və ictimai həyatın bir çox sahələrində əlavə inflyasiya təzyiqlərinə səbəb olacaq. Artıq yeni tariflər qüvvəyə minəndə istehlakçılar bununla üzləşəcəklər. İstehlakçıların keçən il yaşadıqları inflyasiya partlayışları iqtisadiyyatın son 1-2 ildə üzləşdiyi dövlət xidmətləri tariflərindəki artımla bağlı olub. Onlar əmtəə qiymətlərinin qalxması şəklində tədricən istehlak bazarına keçən enerji tariflərinin iqtisadiyyatın üzərinə düşən yükü artırdılar.

Əslində, Ermənistanda cari ildə eyni şey olacaq. Təkcə istehlakçı deyil, iqtisadiyyat da zərər görəcək. 

Reallıqda Ermənistanda bir tərəfdən maliyyə yükü artır, digər tərəfdən investisiyaların olmaması səbəbindən ölkədə texniki yenidənqurma işləri aparılmır. Bunun nəticəsi təkcə əhalinin yoxsullaşması və sosial vəziyyətin pisləşməsi deyil, həm də iqtisadiyyatın, o cümlədən həm xarici, həm də daxili bazarlarda müqavimətinin azalması ba verəcək.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?