Ermənistan KİV: Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq

Ermənistan KİV: Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq

Ermənistan mətbuatı 25 noyabrdan Sotk-Kəlbəcər yolunun bağlanacağını yazır.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda Kəlbəcərdən çıxan erməniləri daşıyan avtomobillər çox olduğuna görə yolda tıxac yaranıb.
 
Üçtərəfli bəyanata əsasən, sabahdan Kəlbəcər Azərbaycanın nəzarətinə keçəcəyinə görə, yolu bağlamaq üçün Ermənistanın Sotk yaşayış məntəqəsində yola dəmir maneələr və beton arakəsmələr quraşdırılacaq. Artıq materiallar əraziyə gətirilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR