Dünya 15:37 19.01.2022

Ermənistan parlamentində münaqişə: Stambulyan “İrəvan-İstanbul”a qarşı

Ermənistan parlamentində İstanbuldan İrəvana uçuşların başlaması ilə bağlı növbəti münaqişə baş verib.

Qaynarinfo Sputnik Ermənistana istinadla xəbər verir ki. "Lisenziyalaşdırma haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı "Hayastan” blokundan olan deputat, eyni zamanda "Anriva Tour” turizm şirkətinin təsisçisi Hripsime Stambulyan bildirib ki, düzəlişlər Ermənistan iqtisadiyyatı üçün deyil, başqa ölkə üçün fayda nəzərə alınaraq edilir. 

"İrəvan-İstanbul reysləri bunun bariz nümunəsidir”, - Stambulyan bildirib.

"Mülki müqavilə” blokunun deputatı Hasmik Akopyan cavab olaraq "Anriva Tour” şirkətinin reklamını oxuyub – "Aksiya. İrəvan-İstanbul-İrəvan. Sevgi ilə gözləyirik. "Anriva Turu””.

"Xanım Stambulyan, manipulyasiya üçün başqa istiqamət seçin, çünki başqası və siz bu barədə danışmamalısınız. Uzun illər vətəndaşlarımızı İstanbula daşımaqla pul qazanmısınız", - Akopyan qeyd edib.

Digər deputat Vaqarşak Akopyan İstanbula uçuşların Robert Köçəryanın prezidentliyi dövründə (2003-cü ildən) başladığını xatırladıb. Uçuşlar 2019-cu ilə qədər davam edib.

Türkiyə və Ermənistan fevralın 2-də uçuşları bərpa edəcək, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. İlk "Flyone Ermənistan” təyyarəsi saat 19:50-də İstanbul hava limanına enəcək. "Pegasus”un təyyarəsi həmin gün saat 23:35-də İrəvana uçacaq.

Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?