Xəbər lenti

“Ermənistan yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışır”
Ölkə 15:17 27.07.2020

“Ermənistan yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışır”

"Azərbaycan Ordusunun döyüş əzmi xalqın milli ruhunu yüksəldir".

Qaynarinfo xəbər verir ki, bunu "MediaPost"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun fikrincə, Tovuz istiqamətində gedən döyüşlərdə Ordumuzun erməni təxribatının qarşısını əzmlə alması və düşmənə layiqli cavab verməsi gücümüzü bir daha göstərdi:

"Azərbaycan Ordusu istənilən vəziyyətdə bütün təxribatların qarşısını almağa qadirdir. Hazırda Vətənimiz etibarlı şəkildə müdafiə olunur. Bu gün xalqımız vətəndaşlıq mövqeyi, milli birlik, həmrəylik göstərir". 

V. Bayramov bildirib ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışır: "Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->