İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.
Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginlik davam edir. Ermənistan silahlı qüvvələri iyunun 10-da da Kəlbəcər istiqamətində bölmələrimizə atəş açmışdı.
Şərhlər