Ermənistanda böyük aksiya:

Ermənistanda böyük aksiya: "Uşaqlarımızı Qarabağdan geri qaytarın”

Qarabağda hərbi xidmət keçən əsgərlərin valideynləri müdafiə idarəsinin binası qarşısında etiraz aksiyası keçiriblər. 

Qaynarinfo xəbər verir ki, saat 15.00-a qədər hökumət binasının qarşısında genişmiqyaslı mitinq elan edilib. Onların əsas tələbi sərhədlər bağlanmadan və ərazilər Azərbaycana verilmədən uşaqlarını geri qaytarmaqdır.

"Laçının 1 dekabrda təhvil verilməsinin lazım olduğu barədə məlumat aldıq. Buna görə də bu gün uşaqlarımızı geri qaytarsınlar, təslim olduqdan sonra döyüşlərdə iştirak edən qalan əsgərlərin taleyini yaşamayacaqlarına dair heç bir zəmanətimiz yoxdur", - əsgər analarından biri deyib.

Onun sözlərinə görə, bir nəticə əldə etmək üçün aksiyanı hökumət binası qarşısında davam etdirmək niyyətindədirlər. Başqa bir valideyn övladının itkin düşməsini və ya düşmən tərəfindən əsir götürülməsini istəmədiyini qeyd edərək hökuməti vaxtında cavab verməyə çağırıb.

"Onlardan heç biri övladlarımızın 30 noyabrdan sonra sağ-salamat qayıdacağına zəmanət verə bilməz", - deyən analardan biri adamları laqeyd qalmayaraq onların aksiyasına qoşulmağa səsləyib.

Laçın (ermənicə dətyişdirilmiş iyrənc adı Berdzor. – red) icmasının rəhbəri Narek Aleksanyan Sputnik Armenia-ya verdiyi müsahibədə bir qədər əvvəl Laçın Ağvan və Sus icmalarının sakinlərinin evlərində yaşamağa davam edə biləcəyini qeyd etsə də, vəziyyətin bir saat içində dəyişməyəcəyinə zəmanət verə bilməyəcəyini vurğulayıb.

"25 moyabrda Berdzor sakinləri həyəcan təbili çalıb: Azərbaycanın nəzarətinə keçdiyindən əşyalarını toplamaq və şəhəri tərk etmə zərurəti barədə onlara xəbərdarlıq edilib. Tezliklə Kaşataq səhifəsində (Laçın bölgəsi) sakinlərdən heç birinə 30 noyabradək şəhərdən çıxma əmri verilmədiyi barədə məlumat çıxıb. Ancaq sonra bu mesaj silinib”, - deyə "Sputnik Ermənistan” xatırlatma verib. 
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR