Ermənistanda hərbi polisin araşdırmaları nəticəsində rüşvət fakti qeydə alınıb.
Qaynarinfo news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün şəxsi Facebook səhifəsində yazıb.
"Hərbi polis əməkdaşlarının apardığı araşdırmalar zamanı "N" saylı hərbi hissənin komandiri polkovnik G.N.-nin hərbi hissə daxilində fəaliyyət göstərən "Zinar" mağaza-çayxanasının fəaliyyətini əngəlləməmək üçün A.O.-dan müxtəlif vaxtlarda böyük miqdarda rüşvət aldığı üzə çıxıb. Sonuncu dəfə iyunun 15-də pul köçürməsi zamanı hərbi hissə komandiri öz kabinetində yaxalanıb".
Həbs olunan polkovnikə müvafiq maddələr üzrə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Çingiz Səfərli
Şərhlər