Xəbər lenti

Ermənistandan qaçqın düşmüş 30-40 min azərbaycanlı Qarabağda... - Rizvan Talıbov
Siyasət 15:22 13.01.2021

Ermənistandan qaçqın düşmüş 30-40 min azərbaycanlı Qarabağda... - Rizvan Talıbov

"Necə ki, bu gün sülhməramlıların əli ilə Ermənistandan erməniləri gətirib orada yerləşdirib, say çoxluğu yaratmaq istəyirlərsə, o cümlədən Azərbaycan hökuməti Dağlıq Qarabağ ərazisində yeni qəsəbələr salmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov deyib. Sədr hesab edir ki, Azərbaycan ordusunun ixtiyarına keçmiş ərazilərdə Ermənistan qaçqınları məskunlaşdırılmalıdır:

"Birliyimiz adından 26 noyabrda Prezidentə müraciət ünvanlanıb. Müraciətdə göstərmişik ki, Qarabağa - Xocavənd, Hadrut, Ağdərə, Xocalı, Əsgəran və s.-ə aid ərazilərdə onların yerləşdirilməsi məqbul sayıla bilər. Təklif olaraq çıxış etmişik ki, əhali Dağlıq Qarabağa aid olan ərazilərdə yerləşdirilsin. Bilirsiniz ki, ermənilər bu gün də çirkin niyyətlərindən əl çəkmirlər, bildirirlər ki, Dağlıq Qarabağa hansısa status verilməlidir. Halbuki Prezident də çıxışında bildirdib ki, status cəhənnəmə getdi və Moskva görüşündə də bu məsələ müzakirə olunmadı. Bu da o deməkdir ki, məsələ həll olunub. Yenə də ermənilər öz çirkin məqsədlərindən əl çəkmir. Ona görə də bizim birlik hesab edir ki, orada azərbaycanlıların sayı artırılmalıdır". 

Rizvan Talıbov məsələnin artıq Milli Məclisdə müzakirə olunduğunu vurğulayıb:

"Bu istiqamətdə fəaliyyət göstəririk. Prezidentin də fikirlərindən hiss olunur ki, məsələ reallaşa bilər. Azərbaycan qanunvericiliyinə görə, hər bir vətəndaşın istəlinən yerdə yaşamaq haqqı var, buna qadağa yoxdur. Biz 35-40 min Ermənistan qaçqınının Qarabağda yerləşdirilməsini nəzərdə tutmuşuq. Hazırda siyahılar tutulur. Siyahılar yaxın günlərdə Prezident Administrasiyasına göndəriləcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->