Ölkə 17:57 27.10.2020

Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 8 yaşlı qızdır

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması nəticəsində həlak olanlardan biri azyaşlıdır.

"Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu, 8 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır.

Qeyd edək ki, oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.