Dünya 15:40 24.02.2021

Ermənistanın hərbi hissəsində iğtişaşlar baş verib

Ermənistandakı hərbi hissələrin birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən geri qayıtmaq istəməməsilə bağlı insident baş verib.

"Report” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb.

Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, bu vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.

Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.