Dünya 13:06 24.01.2020

Ermənistanın Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılır

Ermənistanın Xüsusi İstintaq Xidməti Konstitusiya Məhkəməsinin sədri Qraira Tovmasyanın evində axtarışlara başlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə onun vəkili Amram Makinyan məlumat verib. Müdafiəçi istintaq başa çatdıqdan sonra ətraflı açıqlama verəcəyini bildirib. Konstitusiya məhkəməsinin sədri vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Qeyd edək ki, Tovmasyan 2018-ci ilin martından bu vəzifədədir. Bundan əvvəl o, parlament administrasiyasının rəhbəri və ədliyyə naziri vəzifələrində çalışıb. Mövcud hakimiyyət onu sələflərinə sədaqətdə ittiham edir və obyektivliyinə inanmır. Çevrilişə cəhddə ittiham edilən sabiq prezident Robert Köçəryan işində Tovmasyan Avropa İnsan Hüquqları Məhkəməsi və Venesiya Komissiyasına müraciət etmişdi.
 
Camal