Xəbər lenti

ƏSA hər ay tamaşaçıları ilə görüşə biləcək
Sənət 17:10 22.05.2019

ƏSA hər ay tamaşaçıları ilə görüşə biləcək

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov ƏSA Teatrının rəhbəri Nihad Qulamzadənin mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət etməsinə cavab olaraq təkliflərinin olduğunu bildirmişdi.
 
Qaynarinfo müraciəti təqdim edir:
 
"Teatrla nazirlik arasında müqavilə əsasında ƏSA Teatrı nazirliyin strukturuna daxil olan teatrlarının birinin binasında ayda bir dəfə təmənnasız olaraq tamaşa nümayiş etdirməsi ilə təmin ediləcək”.

Təkliflə əlaqədar Lent.az-a açıqlama verən ƏSA  Teatrının rəhbəri Nihad Qulamzadə deyib ki, bu gün nazirliyə dəvət olunaraq, görüşdə iştirak edib:
 
"İntiqam bəyin də dediyi kimi, nazirlik strukturuna daxil olan teatrlarda ayda bir dəfə bizim tamaşanın təmənnasız nümayişinə şərait yaradacaq. Beləliklə, növbəti mövsümdən etibarən ƏSA ayda bir dəfə tamaşaçıların görüşünə gələ biləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->